İspaniyalı cüdoçu Eyfel qülləsi altında evlilik təklifi alıb - FOTO
İspaniyalı cüdoçu Laurita Martinez-Abelenda Eyfel qülləsində evlilik təklifi alıb.
BAKU.WS xəbər verir ki, bu barədə idmançı sosial şəbəkədə məlumat verib.
"Bəli" deyə idmançı öz hesabında yazıb.
İdmançı 2024-cü il Olimpiadasında 48 kq çəki dərəcəsində mübarizə aparıb və yarımfinalda Baasanhuu Bavuudorja (Monqolustan) 0:10 hesabı ilə uduzaraq beşinci yeri tutub. O, həmçinin 2023-cü ildə Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında bürünc medala sahib olub.
BAKU.WS
