Qətər əmirinin bacısının 11 ədəd bahalı çantası Fransada oğurlanıb
Fransada Qətər əmirinin bacısı Əl-Meyassa bint Hamad əl-Taninin bahalı "Hermès" markalı çantaları oğurlanıb.
BAKU.WS xəbər verir ki, 11 çantası oğurlanan zaman Əl-Meyassa qatarda Nitsadan Parisə gedirmiş.
O Parisə Olimpiya oyunlarını izləmək və Qətər idmançılarına dəstək nümayiş etdirmək üçün gedib.
"Le Parisien" qəzetinin məlumatına görə, bu çantalarda qiymətli əşyalar, ola bilsin ki, saatlar və milyonlarla dollarlıq zinət əşyaları var idi.
"Hermes" bahalı aksesuarları ilə tanınır, kral zövqünü nəzərə alsaq, çantalar ən yaxşı materiallardan hazırlanıb.
Qatar stansiyasında təxminən iyirmi dəqiqə ərzində dayandırılıb və hərtərəfli yoxlanılıb.
Amma çantaları və ya quldurları tapmaq mümkün olmayıb.
Xatırladaq ki, Əl-Meyassa bint Hamad əl-Taninin ailəsinin 350 milyard dollar sərvəti var.
BAKU.WS