Image

Olimpiyadada triatlon yarışlarının baş tutacağı tarix bilinib

Sena çayı ilə bağlı 2024-cü il Olimpiya triatlon və üzgüçülük yarışları iyulun 31-də keçiriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə Beynəlxalq Triatlon İttifaqının X sosial şəbəkəsi məlumat yayıb.

Bildirilib ki, Sena çayında çirklənmiş su səbəbindən təxirə salınan triatlon yarışları tam şəkildə baş tutacaq.

Qeyd edək ki, iyulun 30-da baş tutmalı olan triatlon yarışı bir gün sonraya təxirə salınıb.  Səbəb isə güclü yağışlardan sonra suyun çirklənməsi olub.

BAKU.WS

Xəbər lenti