Image

Hollivud ulduzun üzərinə neft adı ilə qara boya atıldı - FOTO

Hollivud ulduzu Cennifer Enistonun üzərinə qara boya tökülüb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hər zaman gülərüz görməyə öyrəşdiyimiz aktrisanın həmin an yaşadığı şok kadrlarda əks olunub. Xarici mətbuatda və osial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.

Hadisə "The Morning Show" serialının çəkilişində aktivistlərin aksiyası zamanı yaşanıb. Aksiya iştirakçıları bununla da neft yataqları axtarışı zamanı təbiətin talan edilməsi üzrə etirazlarını bildiriblər. 

Üzərinə neft adı ilə qara boya atılan aktrisa yanındakı aksiyaçılara əsəbiləşib. Belə ki, Enistonun üzərinə boya tökülən zaman onlar üzlərini çeviriblər. Aktrisa ekran işində jurnalist obrazındadır və o aktivistlərin aksiyasından xəbər verən zaman üzərinə qara boya atılıb.

Xatırladaq ki, "The Morning Show" artıq 4-cü mövsümdür ki, yayımlanır.

BAKU.WS

Xəbər lenti