Image

Məşhur amerikalı reper vəfat edib - FOTO

Daha çox Chino XL səhnə adı ilə tanınan amerikalı reper Derek Keyt Barbosa vəfat edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun ailəsi açıqlama verib.

"Böyük kədər hissi ilə Derek Keyt Barbosanın ailəsi onun ölümünü elan edir. Çino 28 iyul 2024-cü il bazar günü səhər saatlarında evində vəfat edib. Onun 50 yaşı var idi", - mərhum reperin yaxınları İnstaqram səhifəsində yazıblar.

50 yaşlı  reperin ölüm səbəbi hələlik açıqlanmayıb.

BAKU.WS

Xəbər lenti