Yeni flimindən 80 milyon dollar qonorar qazanacaq - FOTO
Hollivud ulduzu Robert Dauninin yeni ekran işindən əldə edəcəyi gəliri bəlii olub. BAKU.WS xəbər verir ki, o "Avengers: Doomsday" adlı filmdə çəkiləcək. Dauni filmdə "Doctor Doom" canlandıracaq. O ekran işindən 80 milyon dollar qonorar alacaq. Ümumilikdə çəkildiyi bütün "Marvel" filmlərindən isə 500-600 milyon dollar qazanıb. Bu barədə "Variety" məlumat yayıb. Aktyor bu günə qədər "Iron Man 2", "Iron Man 3", "The Incredible Hulk", "The Avengers", "Captian America: Civil War", "Avengers: Age of Ultron", "Spider-Man: Homecoming", "Avengers: Infinity War" və "Avengers: Endgame" kimi "Marvel" filmlərində çəkilib. BAKU.WS

