Bakıda avtomobilin vurduğu piyada iki gün sonra evində ölüb
Bakıda avtomobilin vurduğu piyada iki gün sonra evində ölüb. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu "Megastrore" marketinin qarşısında qeydə alınıb. Elşad Ramazanov idarə etdiyi "Mercedes Sprinter" markalı avtomobili ilə marketin qarşısında dayanmış, 1967-ci il təvəllüdlü Ramiz İsmayılovu vurub. Piyada ötən gün yaşadığı Tərtər rayonun Hacıqərvənd kəndində ölüb. Faktla bağlı cinayət işi başlanılıb. BAKU.WSMənbə: baku.ws