11 Sentyabr hadisələrini törədən 3 şəxs günahını etiraf etdi
23 il əvvəl 11 Sentyabr hadisələrini törətməkdə ittiham edilən 3 şəxs ABŞ ilə razılığa gələrək günahlarını etiraf ediblər.
BAKU.WS BBC-yə istinadən xəbər verir ki, bu şəxslər Halid Şex Məhəmməd, Velid Bin Attaş və Mustafa Əhməd Adəm əl-Havsavidir.
Bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.
Bildirlib ki, ABŞ-ın Quantanamo bazasında illərdir məhkəməsiz saxlanılan Xalid Şeyx Məhəmməd, Vəlid Bin Attaş və Mustafa Əhməd Adəm əl-Havsəvi ilə əldə olunan razılaşmanın təfərrüatlarını ictimaiyyətə açıqlamayıb.
Amerikanın "New York Times" qəzeti üç nəfərin ölüm cəzası əvəzinə ömürlük həbs tələbi ilə mühakimə olunmaq müqabilində hər şeyi etiraf etdikıərini bildirib.
BAKU.WS