Rusiya bu regionunda ayılarla əlaqədar yüksək xəbərdarlıq rejimi tətbiq edilib
Rusiyada, Kamçatkanın Sobolevo kəndində qonur ayıların kütləvi şəkildə insanların arasına çıxması ilə əlaqədar yüksək xəbərdarlıq rejimi tətbiq edilib.
BAKU.WS Tass-a istinadən xəbər verir ki, bu barədə Sobolevski rayonunun administrasiyası məlumat yayıb.
Onlar aydınlaşdırıblar ki, tətbiq olunan rejimlə əlaqədar rayon sakinlərinə nəqliyyat vasitələrində hərəkəti məhdudlaşdırmaq, saat 20:00-dan sonra uşaqların küçəyə çıxmasına icazə verməmək tövsiyə olunur.
Yaranmış vəziyyət fonunda ovçular qrupunun tərkibi artırılıb.
Xatırladaq ki, 2023-cü ilin dekabrında Kamçatkada itlər balıqçılıq və ovçuluq bazasının mühafizəçisini qəzəbli ayıdan xilas ediblər. Heyvan kişinin ayağını dişləyib, bundan sonra itlər yırtıcını qovub. Gözətçi xəstəxanaya yerləşdirilib.
BAKU.WS