Rusiyada bina uçub, ölənlərin sayı 20 nəfərə çatıb
Nijni Tagildə evin bir hissəsinin uçması nəticəsində 9-u uşaq olmaqla 20 nəfər xəsarət alıb.
BAKU.WS xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyinin teleqram kanalında məlumat verilib.
“Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatlarına görə, qəza nəticəsində 20 nəfər xəsarət alıb, onlardan 9-u uşaqdır. Həmçinin 5-i uşaq olmaqla 11 nəfər Yekaterinburq və Nijni Tagil şəhərlərindəki xəstəxanalara yerləşdirilib.
Regional Səhiyyə Nazirliyinin mətbuat xidməti əlavə edib ki, xəsarət alan bir qız Nijni Taqil Uşaq Şəhər Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırdır.
BAKU.WS