Image

Əmək müqavilələrinin sayı 1 milyon 806 minə çatıb

Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlər bu il də əmək müqavilələrinin sayında artıma imkan verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Gundem.az-a verilən məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 59 min müqavilə və ya 3,4 faiz artaraq 1 milyon 806 minə çatıb. Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Bu ilin 11 ayında əməkhaqqı fondunda daha 15 faiz artım qeydə alınıb. Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 38 faiz, əməkhaqqı fondunda 2,7 dəfə artım baş verib.

Mənbə: gundem.az

Xəbər lenti