Image

Sabirabadda ticarət obyektləri yanır

Sabirabadda yol kənarında fəaliyyət göstərən ticarət obyektləri yanıb.

Gundem.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad-Saatlı yolunun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Həmin ərazidə yerləşən 8 obyekt və 900 kv metr ərazi yanıb.

Hadisə yerinə FHN-in Sabirabad və Saatlı yanğından mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb ounub. Yanğın söndürülüb və digər obyektlərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: gundem.az

Xəbər lenti

Bu ərazidə işıq olmayacaq