Sabirabadda 10 yaşlı uşağı avtomobil VURDU
Sabirabadda 10 yaşlı uşağı avtomobil vurub.
Gundem.az-ın apa-ya istinadən məlumatına görə, hadisə Sabirabad rayonunun Azadakənd kəndində qeydə alınıb.
"Ateko" markalı yük avtomobili kənd sakini, 2014-cü il təvəllüdlü Abdullazadə Aftandil Kamran oğlunu vurub.
Ağır xəsarət alan 10 yaşlı piyada Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.