Laçında Birinci Qarabağ müharibəsinin şəhidi Camal Quliyevlə vida mərasimi KEÇİRİLİR
Cəbrayıl rayonunun Xudafərin kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Camal Möhübbət oğlu Quliyevin meyitinin qalıqları Laçın rayonuna gətirilib.
Gundem.az-ın report-a istinadən məlumatına görə, hazırda Laçın şəhərində şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Quliyev Camal Möhübbət oğlu 1969-cu il iyunun 1-də anadan olub. O, 1992-ci ildə könüllü olaraq müharibəyə gedib, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilan rayonlarında döyüşüb. 1993-cü ilin avqustunda Cəbrayıl rayonunda itkin düşüb.
C.Quliyev Laçın şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.
Mənbə: gundem.az