Image

Gəncədə 3 avtomobil toqquşub - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Apa-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 4-cü kilometrində qeydə alınıb.

Hərəkətdə olan KIA, "Chevrolet" və digər avtomobil toqquşub. Zərbənin təsirindən sonra KIA minik maşını bordürə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərin ikisinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Xəbər lenti