Image

Türkiyədə İnstaqram nə vaxt açılacaq?

Məşhur sosial media platforması İnstaqram avqustun 2-dən etibarən Türkiyədə bağlanıb.

BAKU.WS xəbər verir ki, hazırda şəbəkənin nə vaxt açılacağı maraq mövzusudur.

Məsələ ilə bağlı Nəqliyyat və İnfrastruktur Naziri Uraloğlu açıqlama verib. O lazımi tədbirlərin görüləcəyini vurğulayıb:

“Qanunlarımıza əməl etməyən tərəflər bizim həssaslığımızı anladıqda, biz lazımi tədbirləri görəcəyik. Bu giriş qadağasını aradan qaldıracağıq".

BAKU.WS

Xəbər lenti