Image

Türkiyədə bu ərazidə meşə yanğınları 15 saat davam edib - FOTO

Hatayın Antakya rayonundakı meşə yanğınları 15 saat davam edən mübarizədən sonra söndürülüb.

BAKU.WS xəbər verir ki, yanğın rayonun Uzunalıç qəsəbəsində başlayıb. Küləyin təsiri ilə əhatə dairəsini genişlənən yanğınları çətinliklə də olsa qarşısı alınıb. 

Alovları ram etmək üçün əraziyə 4 ilkin müdaxilə maşınları, 5 su tankı, 7 helikopter, 2 xüsusi təyyarə, 26 ədəd xüsusi yanğınsöndürən avadanlıq və 250 yanğınsöndürən cəlb edilib.

Alov tam söndürülənədək yanğınsöndürənlər xeyli çalışıblar.

BAKU.WS

Xəbər lenti