Image

Şimali Koreya lideri ballistik raketlərin təhvil verilməsi mərasimində iştirak edib - FOTO

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In paytaxt Pxyenyan şəhərində yeni qısa mənzilli ballistik raketlərin qoşunlara təhvil verilməsi mərasimində iştirak edib.

Bu barədə görüntülər yerli mediada yayımlanıb. 

Mərasimdə 250 yeni "Hwasongpho-11Ra" operativ-taktiki raket komplekslərinin qoşunlara təhvil verilməsi baş tutub. 

KXDR lideri tədbirdə çıxışı zamanı nüvə silahı arsenalını təkmilləşdirmək və artırmaq vədini verib.

BAKU.WS

Xəbər lenti