Image

Bərdədə qadın qaynı tərəfindən qətlə yetirildi - RƏSMİ

Bərdə rayon Prokurorluğu qadının qaynı tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Gundem.az-a verilən xəbərə görə, avqustun 5-də saat 08 radələrində Bərdə rayonu, Kələntərli kəndi ərazisində 1991-ci il təvəllüdlü Sədaqət İbrahimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1995-ci il təvəllüdlü Azər İbrahimovun aralarında yaranmış mübahisə zamanı qardaşı arvadı Sədaqət İbrahimovaya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Azər İbrahimov iş üzrə şübhəli şəxs qismində tutulub.(sfera.az)

Mənbə: gundem.az

Xəbər lenti