Image

DİQQƏT! Bakı-Ələt-Qazax-Gürcüstan yolunda təmir işləri aparılacaq

Bakı-Ələt-Qazax-Gürcüstan yolunda təmir işləri aparılacaq Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-125-ci kilometrlik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılacaq.   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə bildirilib ki, sözügedən işlərin icrası bu gün saat 14:00-dan başlayaraq avqustun 11-i saat 18:00-dək davam edəcək.   Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazidə müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti