Azərbaycanda indiyədək 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Növbədənkənar parlament seçkilərində 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, ümumilikdə 1508 nəfər namizədlik üçün müraciət edib.
BAKU.WSMənbə: baku.ws