Image

Məşhur model Ebru Şallı gözəllik sirrini açıqladı - FOTO

Türkiyəli model Ebru Şallı gözəllik sirrini açıqlayıb. 

BAKU.WS xəbər verir ki, o gözəl və parıltılı üz dərisini aloe vera bitkisi sayəsində əldə etdiyini vurğulayıb. 

"Aloe vera dərinin təmizlənməsini təmin edir" - deyə Ebru bildirib.

Model 47 yaşı olmasına baxmayaraq, öz gözəlliyini qoruyan və ən çox izlənilən məşhurlar arasındadır.

Məlumat üçün bildirək ki, yanıqlar, yaralar və sızanaq kimi dəri problemlərinə kömək edən aloe veranın, sinir sisteminə də bir çox faydaları var.

Lakin bəzən dəri alergiyalarına səbəb ola bilər.

Buna görə də istifadə etməzdən əvvəl mütləq mütəxəssislə məsləhətləşmək lazımdır.

BAKU.WS

Xəbər lenti