Image

BMT İsrailə hücumla əlaqədər 9 əməkdaşını işdən çıxardı

BMT öz əməkdaşlarını 7 oktyabr tarixində İsrailə edilən hücumda iştirakda şübhəli bilib

BAKU.WS xəbər verir ki, BMT-nin Yaxın Şərqdə Fələstin qaçqınlarına yardım və iş təşkilatı (UNRWA) üzrə doqquz əməkdaşını 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumunda iştirakda şübhəli bildiyi üçün işdən çıxarıb.

Bu barədə "The Washington Post" (WP) məlumat yayıb.

19 ittiham edilən işçidən 9-nun hücumda iştirak etdiyi müəyyən edilib.

Bildirilir ki, doqquz şübhəli artıq işdən çıxarılıb. Qalan doqquz nəfərə qarşı sübutlar "kifayət qədər" olmayıb, bir nəfərə qarşı isə ümumiyyətlə sübut tapılmayıb.

BAKU.WS

Xəbər lenti