Image

Maduro "WhatsApp"dan imtina edəcəyini AÇIQLADI - SƏBƏB

Venesuela prezidenti Nikolas Maduro "WhatsApp" mesajlaşma tətbiqindən imtina edəcəyini bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə "VTV" telekanalı məlumat yayıb. 

O, "Telegram" və "WeChat" xidmətlərinə keçəcəyini vəd edib. Prezident sarayında gənc tərəfdarlarla keçirdiyi görüşdə hamını ondan nümunə  götürməyə çağırıb:

"Mən bu gün ictimaiyyət qarşısında "WhatsApp"la əlaqələri qıracağam. Çünki bu platforma Venesuelaya təhdidlər göndərmək üçün istifadə olunur. Mən onu telefonumdan tamamilə siləcəyəm. Tədricən bütün əlaqələrimi "Telegram" və "WeChat"a köçürəcəyəm. Bu, vacib bir addımdır".

BAKU.WS

Xəbər lenti