Image

Nebahat Çehre: "4 serial təklifini rədd etdim" - FOTO

Səhhətində yaşadığı problemlərdən sonra məşhur aktrisa Nebahat Çehre ilk dəfə görüntülənib.

BAKU.WS xəbər verir ki, o, İstanbulun Nişantaşı səmitində kameralara tuş gəlib. Aktrisa ayaqüstü jurnalistlərin suallarını cavablandırıb.

Çehre qeyd edib ki, 4 serial təklifini rədd edib:

"Ötən mövsüm dörd serialda çəkilmək təklifini rədd etdim.

Fərqli bir obraz gözləyirəm. Aktyor formalaşdırılmamalı, açılmalıdır. Gözlədiklərimi yerinə yetirsələr, istəyirəm, darıxdım ekranlar üçün...". 

Xatırladaq ki, mayda aktrisanın ürəyinə stend qoyulmuşdu. Nebahat iki gün əvvəl barədə açıqlama yayaraq səhhətinin yaxşı olduğunu bildirib.

BAKU.WS

Xəbər lenti