Rusiya FTX-si Ukrayna Müdafiə Nazirliyinin məxfi sənədlərini ələ keçirib
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Mariupol ərazisində Ukrayna Müdafiə Nazirliyinin (MN) silah anbarını və məxfi sənədlərini aşkar ediblər.
Bu barədə TASS məlumat yayıb.
Məlumata görə, anbar şəhərin mühasirəsi zamanı Ukrayna Silahlı Qüvvələri tərəfindən hazırlanıb. Onu sonradan evakuasiya etməyi planlaşdırıblar.
Tapılan silahlar arasında Ukraynaya məxsus “Fort-600” qumbaraatan, 30-a yaxın qumbara və atıcı silahların sursatları da var. Müsadirə edilən hər şey əməliyyat-döyüş fəaliyyəti nəticəsində aşkar edilib. Hazırda sənədlər əlavə araşdırma üçün FTX-nin respublika üzrə şöbəsinə təhvil verilib.
BAKU.WS