Parlament seçkilərində təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı AÇIQLANDI - YENİLƏNDİ
Milli Məclisinə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin sayı məlum olub.
Gundem.az-ın xəbərinə görə, cəmi 5113 görüş yeri ayrılıb.
Onlardan 3259-u açıq yerlər 3259, 1854-ü isə qapalı yerlərdir.
***
13:10
Milli Məclisinə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb.
Gundem.az-ın xəbərinə görə, açıq və qapalı yerlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında dərc olunub.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
Mənbə: gundem.az