Image

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Bu gündən 2024–2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək.

Bu barədə BAKU.WS-ə Elm vəTəhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, proses sy.edu.az

 sistemi üzərindən həyata keçiriləcək. Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.

Ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat ictimaiyyətə öncədən elan ediləcək.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti