Image

"Axmat" xüsusi təyinatlıları və "Vaqner"çilər Kursk vilayətinə göndərildi

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinə Kursk vilayətindən ölkə ərazisinə keçməsinə imkan verməyib.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Sərhəd bölgəsində döyüşlər üçüncü gündür davam edir. KİV-in məlumatına görə, bölgəyə motoatıcı bölmələr, "Axmat" xüsusi təyinatlıları və "Vaqner" döyüşçüləri yerləşdirilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Ukrayna Silahlı Qüvvələri bir metr belə irəliləməyib. Döyüş bölgəsindən 3 minə yaxın insan təxliyə olunub, 34 sakin xəstəxanaya yerləşdirilib ki, onlardan bəziləri Moskvaya təxliyə edilib.

BAKU.WS

Xəbər lenti