Image

Teylor Sviftin konsertinə terror hücumunun qarşısı alındı

Avstriyada müğənni Teylor Sviftin konsertinə terror hücumu planlaşdırmaqda ittiham olunan iki nəfər saxlanılıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD tərəfdarı olduğu iddia edilən terrorçuların Teylorın Vyanadakı konsertlərinə yönəldiyi aşkarlanıb.

Bu səbəbdən məşhur müğənninin 3 konserti baş tutmayacaq. 

Təşkilatçılar bildiriblər ki, Sviftin sabah, cümə və şənbə günü paytaxt Vyanada keçirəcəyi 3 konsert ləğv edilib.

"Barracuda Music" tərəfindən verilən açıqlamada, "Hökumət rəsmilərinin "Ernst Happel" stadionunda təhlükəsizlik üçün planlaşdırılan üç konsertin ləğv etməkdən başqa seçimi qalmayıb" deyə bildirilib.

Tamaşaçıların biletlərinin geri qaytarılacağı da qeyd edilib. 

BAKU.WS

Xəbər lenti