Mask Demokratlardan vitse-prezidentliyə namizədi "axmaq" adlandırdı
"X" sosial şəbəkəsinin sahibi və sahibkar İlon Mask Demokratların ABŞ vitse-prezidentliyinə namizədi və Minnesota ştatının qubernatoru Tim Uoltsu dezinformasiyayla mübarizə haqqında dediklərinə görə "axmaq" adlandırıb.
"O, çox axmaqdır," — deyə Mask Uoltsun MSNBC telekanalına verdiyi müsahibədə "Azad sözün təminatı dezinformasiyaya və ya nifrət nitqinə şamil edilmir" sözlərinə reaksiya verib.
Cavabına əlavə olaraq, Mask "ağlayan insan" emojisini qoyub.
Buna qədər Mask ABŞ prezidentliyinə namizəd Kamala Harrisi bərabər imkanlarla bağlı sözlərinə görə kommunist adlandırmışdı: “Kəmalə sözün əsl mənasında kommunistdir. O, təkcə bərabər imkanlar deyil, həm də bərabər [mövcudluq] şərtləri istəyir”.
BAKU.WS