Image

Maşın hasara çırpıldı, sürücü öldü

Tərtər rayonunun Xoruzlu kəndində hərəkətdə olan "QAZ SAZ 3507 01 15" markalı avtomobil daş hasara çırpılıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, nəticədə sürücü Alışov Vüsal Şakir oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

BAKU.WS

Xəbər lenti