Demet Akalının 74 yaşlı anası da İnstaqramın bağlanmağına narazıdır - FOTO
Məşhur müğənni Demet Akalın Türkiyədə instaqramın bloklanması ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi bunun üçün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana müraciət edib.
Demet Akalın 74 yaşlı anası Şenay Akalının da instaqramın açılmağını istədiyini deyib:
"Rəis, 74 yaşlı anam narazıdır. Xahiş edirik İnstaqramı açın".
Qeyd edək ki, artıq bir neçə gündür Türkiyədə instaqrama giriş bloklanıb. Vətəndaşları VPN-lərdən istifadə edərək sosial şəbəkəyə daxil olmağa çalışırlar.
BAKU.WS