Image

Rusiyanın bu vilayətində rabitə və mobil internet pulsuzdur

Rusiyanın Kursk vilayətinin bir sıra rayonlarında rabitə və mobil internet regionda elan edilmiş fövqəladə vəziyyət başa çatana qədər pulsuz olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Federasiyası Rəqəmsal İnkişaf Nazirliyinin məlumatında deyilir.

“Bu gündən etibarən Kursk vilayətinin 8 rayonunda fövqəladə vəziyyət başa çatana qədər bütün sakinlər üçün rabitə xidmətləri mənfi balansla belə pulsuz olacaq”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, söhbət rayonun Belovski, Bolşesoldatski, Qluşkovski, Korenevski, Lqovski, Rılski, Sudjanski və Xomutovski rayonlarından gedir.

BAKU.WS

Xəbər lenti