Image

Türkiyədə ağır QƏZA - ölənlərin sayı 11-ə çatdı - YENİLƏNDİ

Türkiyənin paytaxtı Ankarada baş verən yol qəzasında ölənlərin sayı 11-ə çatıb.

Gundem.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin durumu ağırdır.

***

09:35

Türkiyənin paytaxtı Ankarada yol qəzası olub, 9 nəfər ölüb, 26-sı yaralanıb.

Gundem.az “TRT Haber”ə istinadən xəbər verir ki, paytaxtın Polatlı rayonunda sərnişin avtobusu körpünün dirəyinə çırpılıb.

Qəzaya sürücünün sükan arxasında yuxulaması və əyləc sisteminin işləməməsinin səbəb olduğu ehtimal edilir.

Xəbər lenti