Sumqayıtda evdə partlayış oldu, xəsarət alan VAR
Sumqayıt şəhərində evdə partlayış olub, xəsarət alan var.
Gundem.az-ın məlumatına görə, hadisə şəhərin "Betonzavod" adlanan ərazisində qeydə alınıb.
Partalayış nəticəsində Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Nağıyev Turac Telman oğlu termiki yanıq xəsarətləri alıb.
O dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Hadisəyə ilkin səbəb kimi qaz sızması göstərilir.