Image

Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarımfinala yüksəlib - YENİLƏNİB

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Lxaqvaqerel Munxtur (Monqolustan) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Meşvildişvili (12:2) yarımfinala yüksəlib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***14:15 Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.   BAKU.WS report-a istinadən xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib.   Rəqibinə qalib gələn Meşvildişvili (4:0) 1/4 finala vəsiqə qazanıb.   Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti