Kursk vilayətində Rusiya Silahlı Qüvvələrinin karvanı atəşə tutulub: 26 ölü, 100-dən çox yaralı
Kursk vilayətində Rusiyaya məxsus hərbi texnika karvanının Ukrayna ordusu tərəfindən atəşə tutulması nəticəsində 26 hərbçi həlak olub, 100-dən çoxu yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna teleqram kanalları məlumat yayıb.
Zərbələr nəticəsində rus ordusunun bir batalyonu sıradan çıxarılıb.
Ehtimal olunur ki, əməliyyat zamanı Ukrayna tərəfi HİMARS raketlərindən istifadə edib. Hədəfə 12 raket atılıb.
BAKU.WS