Image

Bu ölkə yenidən "Avroviziya"da iştirak edəcək

2025-ci ildə Monteneqro yenidən "Avroviziya"da iştirak edəcək.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ölkə qeyri-sabit maliyyə vəziyyətinə görə 2022-ci ildə iştirakdan imtina edib.

Buna görə də Monteneqro, 2023 və 2024-cü illərdə də müsabiqənin iştirakçısı olmayıb.

Xatırladaq ki, 2025-ci ildə Beynəlxalq "Eurovision" Mahnı Müsabiqəsi İsveçrədə keçiriləcək. Müsabiqənin dəqiq yeri və vaxtı hələlik məlum deyil.

BAKU.WS

Xəbər lenti