“Yalama Aqropark”da yanğın baş verib - FOTO/VİDEO
Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən “Yalama Aqropark”da baş verən yanğın bir neçə saatdır davam edir.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, aqroparkın ot anbarlarından başlayan yanğının söndürülməsinə Xaçmaz və Qusar rayonlarından yanğınsöndürən briqadaları cəlb olunub.
Qeyd edək ki, “Yalama Aqropark” ölkə üzrə ən iri heyvandarlıq təsərrüfatlarından biridir.
BAKU.WS



Mənbə: baku.ws