Image

Gərək başımızı götürüb qaçaq! - Tikiliyə görə mübahisə düşdü, sonra isə... - VİDEO

Xətai rayonu, Ələddin Quliyev 11/30 ünvanında yaşayan sakinlər narazıdırlar.

Baku TV xəbər verir ki, sakinlərin iddiasına görə, ərazidə qeyri-qanuni tikili inşa edilir.

Şikayətçilər tikintinin sökülməsini tələb edirlər:

“Sabah binamızda yanğın olsa nə edəcəyik? 18 mərtəbəli binadır, yanğın olsa yanğınsöndürən texnika necə gələcək? Restoran tikir, səs-küyün içində biz yaşaya bilərik?”.

Sakinlər onu da iddia edirlər ki, ərazidə tikinti işləri həftəsonları da tam şəkildə davam etdirilir.

Xətai Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, vətəndaşların narazılığı nəzərə alınaraq sözügedən tikinti dayandırılıb:

“Əlavə mərtəbələrin tikintisinə görə sahibkara müvafiq sənədlərin təqdim olunması üçün müraciət olunub. Məsələ araşdırılandan sonra müvafiq qərar veriləcək”.

Daha ətraflı sujetdə:

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti