Oxot dənizində güclü zəlzələ olub
Saxalin adasının şərqində Oxot dənizində 6,8 bal gücündə zəlzələ olub.
BAKU.WS xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanların episentri Oxot dənizinin cənub hissəsində, ocağı təxminən 490 km dərinlikdə yerləşib.
Zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib.
BAKU.WS