Paris-2024: Azərbaycanın sərbəst güləşçisi 1/4 finala yüksəlib
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Pereslə üz-üzə gəlib.
Görüş təmsilçimizin 9:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
BAKU.WSMənbə: baku.ws