Image

Rusiya ordusu Kiyev vilayətini yenidən vurdu: Ölənlər və yaralananlar var - VİDEO

Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətinin Brovarı rayonuna növbəti ballistik raket və dron hücumu həyata keçirib.

Bu barədə UNİAN məlumat verib. 

Raket hücumu zamanı mərmi qalıqları fərdi evlərin üzərinə düşüb və nəticədə iki nəfər ölüb.

Brovarı rayonunda fərdi yaşayış binalarının üzərinə raket parçaları düşməsi nəticəsində üç nəfər də ağır yaralanıb.

BAKU.WS

Xəbər lenti