Image

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

Azərbaycan idmançıları Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.   BAKU.WS report-a istinadən xəbər verir ki, 48 idmançıdan 7-si medal qazanıb.   Azərbaycan idmançıları əldə edilən mükafatlardan sonuncusunu bu gün aktivinə yazdırıb.   Sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçedlidze ilə üz-üzə gəlib və 10:0 hesablı qələbəyə sevinib. Bununla da idmançımız üçüncü bürünc medalı Azərbaycana qazandırıb.   Ümumilikdə 7 medal qazanan idmançıların siyahısı:   Cüdo: Hidayət Heydərov (73 kq) - qızıl Zelim Kotsoyev (100 kq) - qızıl   Boks: Alfonso Dominges (92 kq) - gümüş   Taekvondo: Qaşım Maqomedov (58 kq) - gümüş   Yunan-Roma güləşi: Həsrət Cəfərov (67 kq) - bürünc   Sərbəst güləş: Giorgi Meşvildişvili (125 kq) - bürünc   Maqomedxan Maqomedov (97 kq) - bürünc   Medal qazana bilməyənlər:   Badminton   Edi Reski Dviçayo (kişilər, fərdi), Keişa Fatimə Zəhra (qadınlar, fərdi)   Bədii gimnastika Zöhrə Ağamirova   Qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)   Batut gimnastikası Selcan Maqsudova   Sərbəst güləş Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq)   Yunan-Roma güləşi Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq)   Qadın güləşi Mariya Stadnik (50 kq)   Atletika Anna Skidan, çəkicatma   Boks Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq) Məhəmməd Abdullayev (+92 kq)   Atıcılıq Ruslan Lunyov (10 m, pnevmatik tapança)   Basketbol Qadın yığması, 3x3 növü   Avarçəkmə Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)   Triatlon Rostislav Pevtsov   Qılıncoynatma Anna Başta, (sablya)   Kamandan oxatma Yaylagül Ramazanova   Üzgüçülük Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə   Cüdo Balabəy Ağayev (kişilər, 60 kq), Yaşar Nəcəfov (kişilər, 66 kq), Zelim Tçkayev (kişilər, 81 kq), Elcan Hacıyev (kişilər, 90 kq), Uşanqi Kokauri (kişilər, +100 kq), Leyla Əliyeva (qadınlar, 48 kq), Gültac Məmmədəliyeva (qadınlar, 52 kq) BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu