Image

Bakıda külək güclənib, bəzi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Avqustun 11-i saat 17:00-a olan faktiki hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, əsasən Daşkəsən, Balakən, Zaqatala, Gədəbəy, Şəki, Qax, Qusar rayonlarında arabir qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.   Sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Neftçala, Culfada 20 m/s, Bakıda və Abşeron yarımadasında arabir 17 m/s, Naftalanda 16 m/s-dək güclənib.   Daşkəsən, Sarıbaş (Qax), Laza (Qusar), Şahdağda duman müşahidə olunub.   Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 32, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti olub. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu