Türkiyənin bu rayonunda 5 hektar meşəlik ərazi yandı
Türkiyənin daha bir hissəsində meşə yanğınları olub.
BAKU.WS "TRT haber"ə istinadən xəbər verir ki, bu dəfə Tokat bölgəsində Turhal rayonunda meşələr yanıb.
5 hektar ərazisini əhatə edən yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Meşə Əməliyyat Müdirliyi qruplarının təxminən 3 saat həmin ərazidə işlər görüblər.
Hadisədən sonra 5 hektar meşə sahəsinə xeyli ziyan dəydiyi məlum olub.
BAKU.WS