Gəncədə yas mərasimində baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı araşdırmalara başlanıb.BAKU.WS xəbər verir ki, bu barədə report-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinindən bildirilib.Qeyd olunub ki, agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunublar.Qeyd edək ki, Gəncə şəhərində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Yas mərasimlərin birində 40-dan çox qonaq zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
BAKU.WS