Image

Xəyanət edən kişinin acı sonu: Arvadı komada olan ərini aparatdan ayırdı

Çində Liaoning əyalətində maraqlı bir hadisə baş verib. 38 yaşlı kişi uzun müddət onunla yaşayan məşuqəsinin evində beyin qanaması keçirib və təcili xəstəxanaya yerləşdirilib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, həkimlər kişinin vəziyyətinin ağır olduğunu və əməliyyatın riskli keçəcəyini bildiriblər. Əvvəlcə onu xəstəxanaya gətirən məşuqəsi daha sonra yoxa çıxıb. Ardınca xəstəxanaya gələn həyat yoldaşı, ərinin onu 10 ildən çoxdur aldatdığını öyrənib. Elə bu səbəbdən də uzun müddətdir qadına maddi dəstək vermirmiş.

Yüksək müalicə xərcləri qarşısında qalan qadın həyat dəstəyinin kəsilməsini tələb edib. Bu hadisə Çində geniş müzakirələrə səbəb olub.

BAKU.WS

Xəbər lenti