Rusiya HDQ hərbi təlimlərə BAŞLAYIR
Bu gün Rusiya Hərbi Dəniz Qüvvələrinin Novorossiyskdəki bazasında atış təlimləri keçiriləcək.
Gundem.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə şəhərin rəhbərliyi əhaliyə xəbərdarlıq edib.
Sakinlər təşvişə düşməməyə və təlim keçirilən ərazilərə getməkdən çəkinməyə çağırılıb.
Manevrlərin neçə gün davam edəcəyi açıqlanmayıb.